İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir - XƏBƏRDARLIQ

İyunun 29-dək qeyri-sabit hava şəraiti gözlənilir -  XƏBƏRDARLIQ backend

Bakıda və Abşeron yarımadasında iyunun 24-ü axşamdan 25-i səhərədək arabir yağış yağacağı gözlənilir. Yarımadanın ayrı-ayrı yerlərində yağışın qısamüddətli intensiv olacağı, şimşək çaxacağı ehtimalı var.

Qaziler.az bildirir ki, Milli Hidrometeorologiya Xidmətindən  verilən məlumata görə, Azərbaycanın rayonlarında müşahidə olunan qeyri-sabit, yağıntılı hava şəraitinin iyunun 29-dək davam edəcəyi gözlənilir.

Ayrı-ayrı yerlərdə yağıntının intensiv və güclü olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimal olunur.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.