Sumqayıtda bədbəxt hadisə nəticəsində ölüb

Sumqayıtda bədbəxt hadisə nəticəsində ölüb backend

Sumqayıtda 57 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Qaziler.az Report-a istinadla xəbər verir ki, hadisə şəhərin 9-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1969-cu il təvəllüdlü Baytev Mehman Həsən oğlu yıxılıb və müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralı vəziyyətdə xəstəxanaya çatdırılan M. Baytevə tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.