Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? - Rəsmi açıqlama

Talassemiyanın gen daşıyıcıları əsgərliyə aparılmır? -  Rəsmi açıqlama backend

Həqiqi hərbi xidmətə çağırışla bağlı bəzi vətəndaşları maraqlandıran məsələlərdən biri də talassemiya xəstəsinin əsgərliyə aparılıb-aparılmaması ilə bağlıdır. Başqa sözlə, sual olunur ki, talassemiya xəstəliyinin gen daşıyıcısı olan çağırışçılar hərbi xidmətə yararlı hesab edilirmi?

Qaziler.az “xezerxeber.az”a istinadla xəbər verir ki, bu suala Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti aydınlıq gətirib.

Dövlət Xidmətindən bildirilib ki, hal-hazırda qüvvədə olan Azərbaycan Nazirlər Kabinetinin 29.02.2008-ci il tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə”nin “Xəstəliklər cədvəli”nin I qrafasının tələblərinə əsasən “Talassemiya xəstəliyinin gen daşıyıcısı” diaqnozu ilə şəhadətləndirilən çağırışçılar “A-3 təyinat göstəricisi ilə hərbi xidmətə yararlı” hesab edilirlər.

Qeyd edək ki, A-3 hesab edilmiş çağırışçılara bəzi qoşun növlərində xidmət keçməyə məhdudiyyət qoyulur. Məsələn, onların xüsusi təyinatlı hərbi hissələrdə, dəniz piyadasında, hava desant, desant hücum heyətində və sair xüsusi təyinatlı qüvvələrdə xidmətlərinə icazə verilmir.