Maşın satmaq istəyənlərə müjdə

Maşın satmaq istəyənlərə müjdə backend

Bu gün manatın ucuzlaşması avtomobil bazarına da təsir edib. Axar.az fins.az-a istinadla xəbər verir ki, bəzi avtomobil şirkətləri qiymətləri artırıb, bəziləri satışı dayandırıb.


“İmproteks Motors” şirkəti 87 min avroya satılan BMV X5-i 46 min artararaq 146 min manata satır. “Toyota” satışları isə dayandırılıb. Toyota Bakı Mərkəzindən verilən məlumata görə, qeyri-müəyyən vəziyyətlə əlaqədar bu addım atılıb.

Honda Avtomobil Mərkəzinin marketinq meneceri Kamran Məmmədov bildirib ki, dekabr ayının 31-nə kimi avtomobillər köhnə qiymətlərlə satılacaq.