Stubb Ukraynadakı müharibənin müddətini proqnozlaşdırmışdı

Stubb Ukraynadakı müharibənin müddətini proqnozlaşdırmışdı backend

Finlandiya prezidenti Rusiyanın NATO ölkələri ilə bağlı əsl məqsədini açıqladı.

Ukraynadakı müharibə daha bir neçə ay davam edə bilər. Lakin Rusiyanın bundan da irəli getməsi ehtimalı azdır və NATO-ya birbaşa hücum planlaşdırmır.

Qaziler.az-ın məlumatına görə, Finlandiya prezidenti Aleksandr Stubb Finlandiyanın "Hufvudstadsbladet" qəzetinə bildirib.

Finlandiya prezidentinin sözlərinə görə, Ukraynadakı döyüşlər tezliklə bitməyəcək.

Aleksandr Stubb hesab edir ki, müharibə ən azı üç-dörd ay davam edəcək.

Finlandiya lideri bəzi ölkələrin, o cümlədən İsveçin Ukraynada sülh bərqərar olduqdan sonra NATO üzvü olan bir dövlətə Rusiyanın mümkün hücumu ilə bağlı xəbərdarlıqlarına münasibət bildirib.

Finlandiya prezidenti bu cür proqnozları səhv adlandırıb.

QAZİLER.AZ