“Aztelekom“ daşınan şəhər telefon xidmətini istifadəyə verib

“Aztelekom“ daşınan şəhər telefon xidmətini istifadəyə verib backend

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Aztelekom” İstehsalat Birliyi “585” - “Daşınan şəhər telefon xidməti”ni istifadəyə verib.

“Aztelekom” İB-dən “APA-Economics”ə verilən məlumata görə, xidmət vasitəsilə 585 seriyası ilə başlayan telefon nömrələri ölkənin bütün bölgələrində aktiv olacaq.

Bakı şəhər şəbəkəsi statusuna malik sabit telefonlar artıq bölgələrdə də “585” indeksi ilə eyni statusla işləyəcək. Belə ki, regionlardakı hər bir müştəri Bakı şəhər telefonlarından istifadə edə biləcək. Alternativi olmayan bu xidmət nəticəsində Bakı şəhər telefon nömrəsi respublika ərazisində istənilən yerə daşınacaq. Şəhərlərarası, şəbəkədaxili və simsiz telefon şəbəkəsi (CDMA) ilə ödənişsiz danışıqlar aparmaq mümkün olacaq. Bununla da daha dayanıqlı rəqəmsal rabitə yaranacaq.

Daşınan telefonlarla respublikanın bütün (Naxçıvan MR istisna olmaqla) ərazisində bir-biri ilə limitsiz və pulsuz danışmaq mümkündür. Ayda 15 manat abunə haqqı ödəməklə “585” indeksli ilə telefonlara sahib olmaq fürsətindən yararlanmaq mümkündür.
Diaspora