Ağstafa su kanalının Tovuz rayonu, Düz Cırdaxan kəndi ərazisindən keçən hissəsində kişi batıb.
Qaziler.az Report-a istinadla xəbər verir ki, kanalın "Məhsul" arena yaxınlığından keçən hissəsindən Dəmirov Sərxan Qüdrət oğlunun meyiti aşkar edilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.



