Xalq artisti Flora Kərimovanın səhhətində müsbət dinamika müşahidə olunur və o, yaxın günlərdə xəstəxanadan evə buraxıla bilər.
Qaziler.az xəbər verir ki, bunu "XəzərXəbər"ə açıqlamasında sənətkarın köməkçisi Yaqut İmanova deyib. O, qeyd edib ki, xalq artisti özünü yaxşı hiss edir və vəziyyəti stabildir.
Yaqut İmanova bildirib ki, aparılan müayinə və analizlər zamanı xalq artistinin səhhətində ciddi problem aşkarlanmayıb.
Qeyd edək ki, Flora Kərimova səhhətində yaranan narahatlıq səbəbindən bir neçə gün öncə xəstəxanaya yerləşdirilib. Xalq artistinin müalicə prosesi Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb.



