Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb

Həftəsonu cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb backend

İyunun 13-də və 14-də ölkə ərazisində qeydə alınan 78, əvvəlki dövrlərdən bağlı qalan 6 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

 

Qaziler.az bildirir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 83, o cümlədən borclu şəxs qismində axtarışda olan 54 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Narkotiklərlə əlaqəli 26, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 12 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 69 nəfər saxlanılıb.