Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub

Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub backend

Naxçıvanda hökm sürən əlverişsiz hava şəraitinin davam etməsi səbəbi ilə 14 iyun 2026-cı il tarixi üçün planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə aviareyslər ləğv olunub.

 

Bu barədə "Report"a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.

 

"Hava şəraiti sabitləşdikdən sonra reyslərin icrasına davam ediləcək. Sərnişinlər mümkün dəyişikliklərlə bağlı ətraflı məlumatlandırılacaqlar", məlumatda bildirilib.