Daşkəsən rayonunda müşahidə olunan sel və dolu yenidən bir sıra problemlərə yol açıb.
Qaziler.az "teleqraf.az"a istinadla xəbər verir ki, rayonun Əmirvar kəndində gələn leysan və dolu nəticəsində fərdi ev təsərrüfatlarına ziyan dəyib.
Yaşayış evlərinin dam örtüyü və şəxsi avtomobillər zədələnib.
Hazırda qərb bölgəsində yağışlı hava şəraiti davam edir.



