Azərbaycanda dövlət hava limanlarını özəl tərəfdaşlar idarə edə biləcək

Azərbaycanda dövlət hava limanlarını özəl tərəfdaşlar  idarə edə biləcək backend

Azərbaycanda dövlət mülkiyyətində olan mülki hava limanları özəl tərəfdaşa idarəetməyə verilə bilər.

Qaziler.az xəbər verir ki, Prezident İlham Əliyevin iyunun 12-də təsdiqlədiyi "Hava limanlarının (aeroportların) idarə edilməsi Qaydası"nda öz əksini tapıb.

Sənəddə vurğulanıb ki, mülki hava limanları Mülki Məcəllə və ya dövlət-özəl tərəfdaşlığı layihəsi çərçivəsində "Dövlət-özəl tərəfdaşlığı haqqında" qanuna və həmin qanundan irəli gələn digər normativ hüquqi aktlara uyğun olaraq özəl tərəfdaşa (sahibkarlıq subyektinə) idarəetməyə verilə bilər.