Lənkəranda şəlalədə batan şəxsin meyiti tapılıb

Lənkəranda şəlalədə batan şəxsin meyiti tapılıb backend

Lənkəran rayonunun Biləsər kəndi yaxınlığında yerləşən Biləsər şəlaləsində batan şəxsin meyiti sudan çıxarılıb.

Qaziler.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Dalğıclar tərəfindən 1994-cü il təvəllüdlü Elvin Asif oğlu Quliyevin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Hirkan Milli Parkı ərazisində yerləşən Bum şəlaləsində bir nəfərin batması ilə bağlı Fövqəladə Hallar Nazirliyi (FHN) Cənub Regional Mərkəzinə məlumat verilib.