İyulun 4-dən Bakı-Qəbələ-Bakı marşrutu üzrə hərəkət edən qatarlar Ucar stansiyasında da hər iki istiqamətdə dayanacaq.
Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) məlumat verilib.
"Hərəkət cədvəli ilə saytımızda və ya "ADY Mobile" tətbiqində tanış ola bilərsiniz", - ADY-dən bildirilib.



