ADY bayram günləri ilə bağlı hərəkət cədvəlini DƏYİŞDİ

ADY bayram günləri ilə bağlı hərəkət cədvəlini  DƏYİŞDİ backend

15 iyun – Milli Qurtuluş Günü və 26 iyun – Silahlı Qüvvələr Günü qeyri-iş günləri olduğundan, həmin tarixlərdə Bakı-Pirşağı-Sumqayıt-Bakı və Bakı-Xırdalan-Bakı marşrutu üzrə qatarlar şənbə-bazar günlərinin hərəkət cədvəli ilə hərəkət edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib.

Sərnişinlər hərəkət cədvəli ilə səhmdar cəmiyyətinin saytında və ya "ADY Mobile" tətbiqində tanış ola bilərlər.