İki rayonun bəzi kəndlərində qaz olmayacaq

İki rayonun bəzi kəndlərində  qaz olmayacaq backend

Sabah Goranboy və Masallı rayonlarının bəzi kəndlərində qaz olmayacaq.

Qaziler.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, payız-qış mövsümünə hazırlıq işləri ilə əlaqədar iyunun 10-da saat 10:00-dan işlər yekunlaşanadək Goranboy rayonunun Hazırəhmədli, Bəşirli, Göynüyən və Qarasuçu kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq

​Bundan başqa, aparılacaq təmir işləri ilə əlaqədar saat 10:00-dan işlər yekunlaşanadək Masallı rayonunun Bambaşı kəndinin bir hissəsinin qaz təchizatı müvəqqəti dayandırılacaq.