Eldar Əzizovun oğluna nazirlikdə yüksək vəzifə verildi - FOTO

Eldar Əzizovun oğluna nazirlikdə yüksək vəzifə verildi -  FOTO backend

Ekologiya və Təbii Sərvətlər Nazirliyində yüksək vəzifə verilən Şamil Əzizov tanınmış şəxsin övladı imiş.

Qaziler.az "Bakıvaxtı"na istinadən xəbər verir ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur.

Şamil Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində direktorun köməkçisi, həmçinin Heydər Əliyev Fondunun icraçı direktorunun köməkçisi vəzifələrində çalışıb. Hazırda, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyində nazirin müşaviri kimi fəaliyyət göstərəcək.