Bakıda ata və oğlu dəm qazından boğularaq ölüb

Bakıda ata və oğlu dəm qazından boğularaq ölüb backend

Bakıda ata və oğul dəm qazından boğulub.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə iyunun 7-də Nəsimi rayonu 20 Yanvar küçəsində mənzildə baş verib.

İlkin məlumata görə, 13 yaşlı K. Abıyev və atası Ə. Abıyevin meyiti tapılıb. Onların hamamda dəm qazından boğularaq öldükləri bildirilir.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Məlumata görə, K. Abıyev Nəsimi rayonundakı 247 saylı orta məktəbin 7-ci sinif şagirdi olub. Onun ölümü barədə məktəbin sosial media hesabında məlumat paylaşılıb.