ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub

ƏƏSMN-də Dünya Bankının missiyası ilə görüş olub backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının icraya nəzarət missiyası ilə görüş olub.

Nazirlikdən Qaziler.az-a bildirilib ki, görüşdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev ölkəmizdə son illər aparılan sosial islahatların nailiyyətləri, icra edilən aktiv məşğulluq proqramları barədə məlumat verib. O, ötən dövrdə Nazirliklə Dünya Bankının uğurlu əməkdaşlığını, icra olunan birgə layihələrin əhəmiyyətini diqqətə çatdırıb. 

Mühüm sosial-iqtisadi önəm kəsb edən özünüməşğulluq proqramının ən yaxşı təcrübələr əsasında genişləndirilməsində Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin mühüm dəstək olduğu vurğulanıb. Qeyd olunub ki, layihəyə ilkin mərhələdə 22 min benefisiarın cəlb edilməsi nəzərdə tutulsa da, icra prosesinin uğurlu nəticəsi kimi, bundan daha çox olmaqla, 26 mindən çox şəxs bu layihə ilə əhatə olunub. 

Növbəti mərhələdə 30 min benefisiarın bu layihədən faydalanması, layihə çərçivəsində zəruri avadanlıqlarla təmin olunaraq kiçik ailə bizneslərini yaratmaları hədəflənir. Məqsəd daha çox insanın əmək bazarına çıxışını təmin etmək, onların bacarıqlarını və iqtisadi imkanlarını artırmaqdır.

Dünya Bankının sosial müdafiə üzrə mütəxəssisi Anna Suxova və baş iqtisadçı Efsan Nas Özen layihənin icrası ilə bağlı fikirlərini qeyd ediblər. Görüşdə Layihənin komponentləri üzrə görülən işlər və hədəflər müzakirə edilib.