Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək

Sumqayıtın bəzi ərazilərində qaz kəsiləcək backend

Sumqayıt şəhərində 1000 abonentin qaz təchizatı bu gün müvəqqəti dayandırılacaq.

Qaziler.az xəbər verir ki, "Azəriqaz" İB Sumqayıt QİS-dən verilən məlumata görə, şəhərin Xəzər bağları yaşayış massivində yerləşən diametri 89 millimetr olan qaz xəttində aşkarlanan sızmaların aradan qaldırılması məqsədilə təmir-bərpa işləri aparılacaq.

Bununla əlaqədar iyunun 4-də saat 15:00-dan etibarən ərazidə qaz təchizatı müvəqqəti dayandırılacaq. Təmir işləri müddətində ümumilikdə 1000 abonentin qazla təminatında fasilə yaranacaq.