31-ci Bakı Enerji Həftəsi çərçivəsində aparıcı və strateji enerji dialoqu məkanı hesab olunan Bakı Enerji Forumuna bu gün yekun vurulacaq.
Qaziler.az xəbər verir ki, gün ərzində "Enerji transformasiyası və gələcək strategiyaları mövzusunda liderlərin mövqeyi", "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi", "Qaz sessiyası - bazarlar, nəqliyyat marşrutları və geopolitika", "Təmiz enerji innovasiyaları və regional əməkdaşlıq: davamlı gələcək üçün həllərin genişləndirilməsi", "Enerji Körpüləri: Yaşıl Enerjidən Regional İnteqrasiyaya", "Enerjinin Gələcəyi: Data Mərkəzləri, Hidrogen və SMR-lər" adlı panel sessiyalar, həmçinin müxtəlif mövzularda müzakirələr keçiriləcək.
Qeyd edək ki, Bakı Enerji Həftəsi çərçivəsində keçirilən foruma dünən start verilib.
Xatırladaq ki, ötən gün nazirlər səviyyəsində "Davamlı və şaxələndirilmiş enerji gələcəyi naminə beynəlxalq əməkdaşlıq" və "Mərkəzi Asiyada bərpaolunan enerji mənbələrinə əsaslanan enerji keçidi" mövzularında panel müzakirələr təşkil olunub.
Həmçinin gün ərzində İnkişaf etməkdə olan Səkkiz Ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) enerji nazirlərinin 1-ci Görüşü də baş tutub.



