Sabah Xəzər və Xətai rayonlarının bəzi ərazilərində qaz olmayacaq.
Qaziler.az bildirir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyindən məlumat verilib.
Təmir-quraşdırma işlərinin aparılması və aşkar olunmuş qaz sızmasının aradan qaldırılması məqsədilə saat 10:00-dan işlər yekunlaşanadək Xəzər rayonunun Türkan kəndinin, Türkan qəsəbəsinin və Türkan bağlar yaşayış massivinin, eləcə də Xətai rayonunun Lütfi Zadə küçəsinin qaz təchizatında qısamüddətli fasilə yaranacaq.



