May ayında nə qədər ərazi minalardan təmizlənib?

May ayında nə qədər ərazi minalardan təmizlənib? backend

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən humanitar minatəmizləmə əməliyyatları ilə bağlı aylıq məlumat yayıb.

Qaziler.az xəbər verir ki, ANAMA-dan verilən məlumata görə, azad olunan ərazilərdə may ayı ərzində 173 piyada əleyhinə, 111 tank əleyhinə mina, 1 537 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib.

Həmçinin 7520.2 hektar ərazi minalardan təmizlənib.