Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi əsasında Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin yaradılması barədə fərman imzalayıb.
Qaziler.az-ın məlumatına görə, Ali Məclis sədrinin sərəncamı ilə Fazil Ələkbərov Naxçıvan MR Dövlət Təhlükəsizlik Xidmətinin rəisi təyin edilib.Bundan öncə Naxçıvan MR milli təhlükəsizlik naziri, general-mayor Vəli Ələsgərov olub.