Bakının bu qəsəbəsində işıq olmayacaq

Bakının bu qəsəbəsində  işıq olmayacaq backend

Sabah Masazırın bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.

Qaziler.az xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. 

Qeyd olunur ki, Abşeron Rayon Enerji Təchizatı və Satışı İdarəsi (RETSİ) ərazisində yerləşən 110/35/10 kV-luq "Masazır" yarımstansiyasında təmir-təftiş işləri həyata keçiriləcək.

Bununla əlaqədar olaraq saat 09:00-dan 17:00-dək Masazır qəsəbəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri başa çatdıqdan sonra ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.