Naxçıvanda selə düşən şəxs belə xilas edildi - VİDEO

Naxçıvanda selə düşən şəxs belə xilas edildi -  VİDEO backend

Naxçıvanda çayda selə düşərək köməksiz vəziyyətdə qalan şəxs xilas olunub.

Qaziler.az FHN-ə istinadən xəbər verir ki, hadisə Şərur rayonunun Yuxarı Daşarx kəndi ərazisindən keçən Arpaçay çayında qeydə alınıb.

Məlumata əsasən, vətəndaş çay yatağında traktorla dib dərinləşdirmə işləri apararkən qəfil gələn sel nəticəsində həyati təhlükəli vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Naxçıvan Muxtar Respublikası FHN-in xilasediciləri tərəfindən həyata keçirilən operativ tədbirlər nəticəsində 1987-ci il təvəllüdlü Cəfərov Elmir Məhərrəm oğlu xilas edilib.