Yuxarı Qarabağ kanalından qadın meyiti tapıldı

Yuxarı Qarabağ kanalından qadın meyiti tapıldı backend

Yuxarı Qarabağ kanalından meyit tapılıb.

Qaziler.az report.az-a istinadla xəbər verir ki, kanalın Ağcabədi rayonu Təzəkənd kəndi ərazisindən keçən hissəsində qadın meyiti aşkarlanıb.

Meyitin Tərtər rayonunun Köçərli kənd sakini, 1986-cı il təvəllüdlü Əfsanə Məzahir qızı Rüstəmova olduğu müəyyən edilib. Meyit sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Hadisənin dəqiq səbəblərinin müəyyənləşdirilməsi məqsədilə araşdırma aparılır.