Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı və “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin təşkilatçılığı ilə icra olunan “İstedadlar Akademiyası” layihəsinə start verilir. Layihə çərçivəsində təşkil olunacaq silsilə tədbirlərin ilki milli musiqi mədəniyyətimizin onurğa sütunu sayılan Xanəndəlik sənətinə həsr olunub.
6 iyun 2026-cı il tarixində, saat 11:00-da baş tutacaq ilk master-klass (ustad dərsi) respublika və beynəlxalq müsabiqələr laureatı, tanınmış xanəndə-pedaqoq Maya Cəbrayılova tərəfindən keçiriləcək.
Ustad dərsinin əsas məqsədi:
Milli muğam və xanəndəlik sənətinə marağı olan gənc istedadları üzə çıxarmaq;
Gənc ifaçıların peşəkar vokal texnikasını və səhnə mədəniyyətini təkmilləşdirmək;
Muğam ənənələrinin nəsildən-nəslə düzgün ötürülməsinə dəstək olmaq.
Dərs zamanı Maya Cəbrayılova gənc musiqiçilərlə fərdi və qrup şəklində işləyərək öz zəngin təcrübəsini bölüşəcək, xanəndəlik sənətinin incəliklərini əyani şəkildə nümayiş etdirəcəkdir.
Tədbirin keçiriləcəyi məkan və zaman:
Tarix: 06.06.2026
Saat: 11:00
Ünvan: “İstedadları Tanıyaq və Tanıdaq” ictimai birliyinin ofisi (Sabunçu vağzalı)
Əlaqə və Ətraflı Məlumat üçün: 0505068026
içxeberler.com



