DSMF-nin departament rəhbəri 8 uşaqlı ailədən yazdı

DSMF-nin departament rəhbəri 8 uşaqlı ailədən yazdı backend

İmişlinin Qaragüvəndikli kəndində yaşayan çoxuşaqlı Talıbovlar ailəsi ilə bağlı İTV-nin pozitiv sujetini izlədik.

Qaziler.az bildirir ki, DSMF-nin PR departamentin müdiri Rəşad Mehdili feysbuk hesabında yazıb.

"Təbii ki, qayğı və sevgi mühitinin hökm sürdüyü, hər uşağın valideyn nəvazişi ilə əhatə olunduğu belə ailələri görmək insanda xoş duyğular yaradır.

Qeyd edim ki, 8 uşağın böyüdüyü bu ailənin sosial dəstəklə təminatı üçün DSMF tərəfindən müvafiq işlər aparılıb

Sujetdə ailəyə ödənildiyi bildirilən 1120 manat Talıbovlar ailəsinə beşdən çox uşağın olmasına görə ödənilən müavinətdir.

Bu müavinətlə yanaşı, həmin ailə davamlı olaraq ünvanlı sosial yardım proqramı ilə əhatə olunub və hazırda da ailə ünvanlı sosial yardım və ailədəki 1 yaşadək uşağa müavinət olaraq 1139 manat aylıq sosial ödənişlə təmin olunur.

Yəni, ailəyə hazırda ümumilikdə 2259 manat sosial ödəniş edilir və bundan sonra da digər çoxuşaqlı ailələr kimi, Talıbovlar ailəsi də daim diqqətdə saxlanacaq", - R.Mehdili yazıb.