Alimpaşa Məmmədovun işinə baxmış hakim vəzifəsindən azad edilir

Alimpaşa Məmmədovun işinə baxmış hakim  vəzifəsindən azad edilir backend

Gəncə Apellyasiya Məhkəməsinin hakimi Nural Əliyev vəzifəsindən azad ediləcək.

Qaziler.az xəbər verir ki, bu məsələ Milli Məclisin mayın 26-da keçiriləcək plenar iclasının gündəliyinə salınıb.

Qeyd edək ki, Nural Turab oğlu Əliyev 1986-cı ildə Bakıda anadan olub. 2008-ci ildə Bakı Dövlət Universitetin Hüquq fakültəsini bitirib. 2009-2016-cı illərdə Ali Məhkəmənin katibi, 2016-2018-ci illərdə Sabunçu Rayon Prokurorluğunda müstəntiq vəzifələrində çalışıb.

O, 2018-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi təyin olunub. N.Əliyev 2022-ci ilin dekabr ayının 23-də Gəncə Apellyasiya Məhkəməsinin hakimi təyin edilib.

Xatırladaq ki, Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədovun cinayət işi ilə bağlı 5 iclas hakim Nural Əliyevin sədrliyində keçirilib. (oxu.az)