Estoniyada səmanı kimin qoruyacağı açıqlanıb

Estoniyada səmanı kimin qoruyacağı açıqlanıb backend

Polşa 2026-cı ildə Estoniya səmasında patrul xidməti üçün qırıcı təyyarələr göndərəcək.

Qaziler.az xarici KİV-ə istinadan bildirir ki, Polşa NATO missiyasının bir hissəsi olaraq hava məkanını patrul xidməti üçün 2026-cı ildə Estoniyaya qırıcı təyyarələr göndərəcək.

Estoniyanın müdafiə naziri Hanno Pevkur bunu Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış ilə görüşdən sonra açıqladı.

ERR dövlət radio və televiziyasında çıxış edən Pevkur qeyd edib ki, Tallin və Varşava son illərdə müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlığını əhəmiyyətli dərəcədə genişləndiriblər.

Pevkur həmçinin Polşanın bu il Baltik hava polisi missiyasında iştirak etmək, qırıcı təyyarələrini Əmari hava bazasına yerləşdirmək niyyətində olduğunu da aydınlaşdırdı.

QAZİLER.AZ