Avropa şirkətləri “Lukoyl”a Rusiyanın “Ural” neft növünün keyfiyyətinin pisləşməsi ilə bağlı şikayət ediblər. Axar.az xəbər verir ki, bunu “İnterfaks” agentliyinə açıqlamasında “Lukoyl”un rəhbəri Vahid Ələkbərov söyləyib. Onun sözlərinə görə, “Ural” nefti ilə bağlı şikayət Macarıstanın “Mol” və Finlandiyanın “Neste” şirkətindən daxil olub:
“Onlar mənə neftin keyfiyyətinə nəzarət edilməsi ilə bağlı məktub göndəriblər. Bu problemin həlli üçün hökumətə müraciət edəcəm”.
Qeyd edək ki, əslən azərbaycanlı olan milyarder bundan öncə mətbuata Türkiyədə “Lukoyl” şirkətinə qarşı heç bir problemin yaradılmadığını və Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsinin onun biznesinə maneə yaratmadığını bəyan edib.