“Bu gün Xəzər dənizinin “Günəşli” yatağının 10-cu dərin dəniz özülündə baş vermiş qəza nəticəsində atmosfer müəyyən mənada çirklənməyə məruz qalır. Ancaq qəza nəticəsində Xəzər dənizində neft dağılmaları müşahidə olunmayıb”. APA-nın xəbərinə görə, bunu hazırda “Günəşli” yatağındakı 10-cu özüldə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin sektor müdiri Mirsalam Qəmbərov nazirlikdə keçirilən mətbuat konfransında canlı bağlantı zamanı deyib.
O qeyd edib ki, bu gün SOCAR, BP və digər aidiyyəti qurumların texniki vasitələri neft dağılmaları baş verəcəyi təqdirdə qabaqlayıcı tədbirlər görəcək: “10-cu stasionar özüldə baş verən qəza ekoloji fəlakətin baş verməsinə dəlalət etmir”.