Alimentdən yayınaraq həbs olunanların sayı açıqlanıb

Alimentdən yayınaraq həbs olunanların sayı açıqlanıb backend

2025-ci ildə aliment ödəməkdən yayınan 4 299 (2024-cü ildə 4131) borclu barəsində inzibati xəta haqqında protokol tərtib edilib.

Qaziler.az xəbər verir ki, bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2025-ci il üzrə məlumatında öz əksini tapıb.

Hesabata əsasən, onlardan 3083 (2024-cü ildə 2987) protokol üzrə məhkəmələr tərəfindən müvafiq inzibati tənbeh tədbirləri tətbiq olunmuş, 2344 (2024-cü ildə 2318) nəfər inzibati qaydada həbs olunub.

Bundan başqa, keçən il cinayət məsuliyyətinə cəlb etmə haqqında 286 (2024-cü ildə 174) təqdimat verilib, onlardan 235 (2024-cü ildə 164) təqdimat əsasında cinayət işi başlanılıb, 3 (2024-cü ildə 3) təqdimat üzrə cinayət işinin başlanması rədd edilib, 48 (2024-cü ildə 7) təqdimat növbəti hesabat dövrünə qalıq keçib.

2025-ci il ərzində məhkəmələrdə ailə mübahisələri ilə bağlı mülki işlərin sayı isə 46 219 olub.