AZAL-ın Naxçıvan reysləri ləğv edilib

AZAL-ın Naxçıvan reysləri ləğv edilib backend

Naxçıvan Beynəlxalq Aeroportunun ətrafında müşahidə olunan əlverişsiz hava şəraiti səbəbindən “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinin Naxçıvan istiqaməti üzrə reysləri ləğv olunub.

Qaziler.az bildirir ki, AZAL-dan verilən məlumata görə, hava şəraiti sabitləşdikdən sonra uçuşların cədvələ uyğun şəkildə bərpası təmin ediləcək.

Qeyd olunub ki, sərnişinlərin təhlükəsizliyi aviaşirkət üçün əsas prioritet olaraq qalır və vəziyyət nəzarətdə saxlanılır.