BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasını (WUF13) açıq elan edib.
Qaziler.az xəbər verir ki, bu barədə Rossbax bu gün WUF13-ün rəsmi açılış mərasimində bildirib.
Onun sözlərinə görə, WUF13 iştirakçıları burada, Bakıda əsas suala cavab vermək üçün toplaşıblar:
"Qeyri-müəyyənlik, qeyri-sabitlik və dağıntılar dövründə hər kəs üçün əlçatan və layiqli mənzili necə təmin etmək olar?".



