Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev Xudat şəhərindən olan şəhid İlqar Hüseynlinin ailəsini ziyarət edib. Ziyarət zamanı rayon rəhbəri şəhidin yaxınları ilə səmimi söhbət edərək ailənin qayğıları ilə maraqlanıb.
İcra başçısı bu günlərdə 10 yaşı tamam olan şəhidin övladları Həsən və Hüseyni təbrik edib, onlara hədiyyələr təqdim edərək gələcək həyatlarında uğurlar arzulayıb. Elnur Rzayev şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışaraq Vətən uğrunda canından keçən qəhrəmanlarımızın xatirəsinin daim uca tutulduğunu vurğulayıb.
Şəhidin anası və ailə üzvləri göstərilən yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.



