İtkin şəhid Rafiq Cəfərov Füzulidə dəfn olunub - FOTO-VİDEO

İtkin şəhid Rafiq Cəfərov Füzulidə dəfn olunub - FOTO-VİDEO backend

Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəfərov Rafiq Şirvan oğlu dəfn olunub.

Bu barədə Qaziler.az-a “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlumat verib.

O bildirib ki, şəhidlə keçirilən vida mərasimindən sonra onun nəşinin qalıqları Füzulinin Əbdürrəhmanlı kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində şəhidin doğmaları, rayon rəsmiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

QAZİLER.AZ