Füzuli rayonunun 7-ci Qayıdış qəsəbəsində Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Cəfərov Rafiq Şirvan oğlu ilə vida mərasimi keçirilib.
Bu barədə Qaziler.az-a “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat rəhbəri Rey Kərimoğlu məlumat verib. O bildirib ki, bu gün Füzulidə 3 şəhid dəfn olunacaq və hazırda dəfn edilməsi üçün kənd qəbiristanlığına aparılır.
Şəhidin vida mərasimində Füzuli Rayon İcra Hakimiyyəti, ictimaiyyət nümayəndələri, Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və şəhidin yaxınları iştirak edib.
Qeyd edək ki, R.Cəfərov 1973-cü il yanvarın 21-də Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı kəndində anadan olub. 1993-cü il iyulun 27-də Füzulinin Cuvarlı kəndi (Aşağı Əbdürrəhmanlı) istiqamətində itkin düşüb.
Cəfərov Rafiq Şirvan oğlu Füzuli rayonu, Əbdürrəhmanlı kənd qəbiristanlığında dəfn ediləcək.
QAZİLER.AZ



