Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir - FOTO

Bakıda Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyası keçirilir - FOTO backend

"Bakı Şəhərsalma Həftəsi" çərçivəsində "Gülüstan" sarayında Qlobal Cənub QHT Platformasının (Global South NGO Platform – GSNP) I Baş Assambleyası keçirilir.

Qaziler.az xəbər verir ki, toplantıda Latın Amerikası, Afrika, Asiya, Sakit okean hövzəsi regionlarında yerləşən 114 ölkədən QHT təmsilçiləri iştirak edir.

GSNP-nin I Baş Assambleyasında təşkilata 5 il rəhbərlik edəcək Baş katib və onun Latın Amerikası, Afrika, Asiya və Sakit okean hövzəsi regionlarını əhatə edən bölgələr üzrə 4 müavini seçiləcək.