Lökbatandakı yanğına helikopterlər 150 ton su töküb

Lökbatandakı yanğına helikopterlər 150 ton su töküb backend

Lökbatan qəsəbəsində anbarda baş verən yanğın zamanı Fövqəladə Hallar Nazirliyinin (FHN) helikopterləri indiyədək 60 atış həyata keçirib.

Qaziler.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, indiyədək yanğın baş verən əraziyə ümumilikdə 150 ton su tökülüb.

Qeyd edək ki, bu gün səhər saatlarında Lökbatan qəsəbəsində yerləşən anbarda güclü yanğın baş verib və alovun söndürülməsi üçün FHN-in 182 nəfər şəxsi heyəti, 40 xüsusi təyinatlı texnikası və 2 helikopter cəlb olunub. Yanğının geniş sahəyə yayılmasının qarşısı alınaraq nəzarətə götürülüb. Hazırda alovun tam söndürülməsi üçün zəruri və təxirəsalınmaz tədbirlər davam etdirilir.