Müğənni Akif İslamzadənin vəziyyətində müsbət dinamika müşahidə edilir.
Qaziler.az xəbər verir ki, bu barədə "Report"a açıqlamasında Mərkəzi Gömrük Hospitalının Əməliyyatxana anesteziya-reanimasiya şöbəsinin rəisi Tural Sadıqov bildirilib.
Onun sözlərinə görə, müğənninin ümumi vəziyyəti ağır stabil olaraq qalır:
"Xəstənin huşu aydındır. Dərmanların fonunda təzyiqi normal saxlanılır. Xəstə aktivləşdirilib, miokard infarktı diaqnozu ilə müalicəsi davam etdirilir".
Xatırladaq ki, A.İslamzadə mayın 8-də infarkt səbəbindən xəstəxanaya yerləşdirilib.



