Mayın 10-da Xocalı rayonunun Ballıca kəndində Ümumilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Prezidentin xüsusi nümayəndəliyi, Bərpa, Tikinti və İdarəetmə Xidməti tərəfindən təşkil edilən aksiya zamanı Ballıca kəndində müxtəlif növ ağac və gül kolları
əkilib.
Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Qaziler.az-a verilən xəbərə görə, aksiyanın məqsədi H. Əliyevin xatirəsini yad etmək, ətraf mühitin mühafizəsinə töhfə vermək, ekoloji tarazlığın qorunmasına dəstək olmaqdır.



