Biləsuvarda iki nəfər bıçaqlanıb: saxlanılan var

Biləsuvarda iki nəfər bıçaqlanıb:  saxlanılan var backend

Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, hadisə rayonun mərkəzi hissəsində qeydə alınıb.

İlkin məlumata görə, Biləsuvar şəhər sakinləri 2003-ci il təvəllüdlü Kənan Rəhimli və 2006-ci il təvəllüdlü Tərlan Şahbazov bıçaqlanıb. Yaralılar rayon xəstəxanasına çatdırılıb.

Əməli törətməkdə şübhəli bilinən 24 yaşlı Səyyad Qəmbəri polis əməkdaşları tərəfindən saxlanılıb.

Hazırda hadisənin təfərrüatları dəqiqləşdirilir.

Faktla bağlı araşdırma aparılır.