Xəzər dənizində zəlzələ baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin Zəlzələlərin tədqiqatı bürosundan məlumat verilib.
Bildirilib ki, yerli vaxtla saat 08:45-də qeydə alınan yeraltı təkanın maqnitudası 3,7, zəlzələ ocağı isə 19 kilometr olub.



