Coratda kişi hamamda yıxılaraq ölüb

Coratda kişi hamamda yıxılaraq ölüb backend

Sumqayıt şəhərinin Corat qəsəbəsində 66 yaşlı kişi hamamda yıxılaraq ölüb.

Qaziler.az Report.az-a istinadla xəbər verir ki, Dadaş Abduləziz oğlu Babayevin meyiti yaşadığı evdə hamam otağında aşkarlanıb.

Belə ki, 1960-cı il təvəllüdlü kişinin müvazinətini itirərək yıxıldığı və hadisə yerində öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.