Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər TƏYİN olundu

Maliyyə Nazirliyinin Aparatına yeni rəhbər  TƏYİN olundu backend

Xalıq Qəhrəman oğlu Rəhmanov Maliyyə Nazirliyinin Aparatının rəhbəri təyin olunub.

Qaziler.az nazirliyə istinadən xəbər verir ki, o, 1963-cü ildə anadan olub, Bakı Dövlət Universitetinin Hüquq fakültəsini bitirib.

X.Rəhmanov 1981-1992-ci illərdə Bakı şəhər İcra Hakimiyyətinin tabeli təşkilatlarında müxtəlif vəzifələrdə, 1992-2000-ci illərdə Dövlət Əmlak Komitəsinin Hüquq idarəsində aparıcı hüquqşünas, baş mütəxəssis və şöbə rəisi, 2000-2025-ci illərdə Maliyyə Nazirliyində Hüquq şöbəsinin rəisi, Hüquq İdarəsinin rəisi və Nazirliyin Aparatının rəhbərinin müavini vəzifələrində çalışıb.

O, 2012-ci ildə ölkə Prezidentinin Sərəncamı ilə "Dövlət qulluğunda fərqlənməyə görə" medalı ilə təltif olunub.