Mərkəzi Seçki Komissiyasının (MSK) sədrinin müavini və katibləri müəyyənləşib.
Qaziler.az xəbər verir ki, bununla bağlı qərar MSK-nın bugünkü iclasında müzakirəyə çıxarılıb.
Qeyd edilib ki, MSK üzvləri Rövzət Qasımovun sədr müavini, Arifə Muxtarova və Mikayıl Rəhimovun isə katib seçilməsi qərara alınıb.
Qərar səsverməyə qoyularaq MSK üzvləri tərəfindən dəstəklənib.
Xatırladaq ki, Milli Məclisdə bu gün qəbul edilən qərara əsasən, MSK üzvləri aşağıdakılar müəyyənləşib:
Əsas üzvlər:
Abdullayeva Sevinc Qurban qızı,
Cavadov Fuad Musa oğlu,
Əsgərov Bəxşeyiş Məmməd oğlu,
Əsgərova Nailə Şahmərdan qızı,
Həsənov Tofiq Eldar oğlu,
Xələfov Elçin Abuzər oğlu,
İbrahimov Ramiz Hilal oğlu,
Qasımov Rövzət Afət oğlu,
Qəhramanlı Almas Əlisultan qızı,
Quliyev Etibar Cəfər oğlu,
Məmmədov Elmar Eldar oğlu,
Məmmədov İlham Sabir oğlu,
Muxtarova Arifə Ağaverdi qızı,
Orucov Qabil Əhməd oğlu,
Paşayev Hüseyn Məmməd oğlu,
Pənahov Məzahir Məhəmməd oğlu,
Rəhimov Mikayıl Rəhman oğlu,
Şahbazov İlkin Zaur oğlu.
Əvəzedici üzvlər:
Cəlilova Aysel Zaur qızı,
Qarayeva Züriyə Ruslan qızı,
Mustafayeva Elnarə Eyyub qızı.



