Bu gün MSK-nın yeni sədri seçiləcək

Bu gün MSK-nın yeni sədri seçiləcək backend

Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 27-də keçirilən plenar iclasında Mərkəzi Seçki Komissiyasının (MSK) yeni tərkibi müəyyənləşib.

 

Qaziler.az-ın Trend-ə istinadən məlumatına görə, bu gün MSK-nın yeni tərkibdə ilk iclası keçiriləcək.

 

İclasda MSK-nın yeni sədri, sədr müavini və katibləri seçiləcək.

 

Qeyd edək ki, əvvəlki tərkibdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov, sədrin müavini Rövzət Qasımov, katibləri isə Mikayıl Rəhimov və Arifə Muxtarovadır.