İlk rübdə Nazirliyin e-xidmətlərinə 2,1 milyon müraciət edilib

İlk rübdə Nazirliyin e-xidmətlərinə 2,1 milyon müraciət edilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron xidmətlərinə 2026-cı ilin yanvar-mart aylarında 2,1 milyon müraciət edilib.

 

Nazirlikdən Qaziler.az-a bildirilir ki, qeyd edilən dövrdə 63 min təyinat e-infrastruktur üzərindən, proaktiv qaydada həyata keçirilib, əmək, məşğulluq, sosial müdafiə sahələri üzrə 197 min elektron arayış verilib.

 

Son illərdə sosial sahədə icra olunan geniş elektronlaşma proqramı nəticəsində hazırda qurumun xidmətlərinin 90 faizdən çoxu e-qaydada təqdim olunur. Nazirliyin e-sistemlərinin 80-dək qurumun informasiya bazaları ilə inteqrasiyası həyata keçirilir.

 

Həmin qurumlardan sorğular da daxil olmaqla, bu ilin birinci rübündə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin e-sistemləri üzərindən sorğu, müraciət və xidmət sayı 81 milyon olub.